Cəmiyyət
Pleyeri seçin:

Gədəbəyin dağ kəndlərinə qaz verilib

12 iyul 2019 1947 baxış

Gədəbəy rayonunun bir sıra yaşayış məntəqələrinə təbii qaz verilib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2019-cu ildə ucqar kəndlərin qazlaşdırılması məqsədi ilə hazırlanmış proqrama uyğun olaraq, Gədəbəy rayonunun 8 yaşayış məntəqəsinin mərhələli şəkildə qazla təmin olunması nəzərdə tutulub. Dağlıq relyef olduğundan həmin ərazilərdə texnika çətinliklə işləyib. Bir sıra çətinliklərə baxmayaraq, artıq görülən işlər nəticəsində cari ilin iyun ayında Gədəbəy rayonunun Yenikənd, Çobankənd və Köhnəqışlaq kəndləri mavi yanacaqla təmin olunub.

2019-cu il iyulun 11-də isə daha üç yaşayış məntəqəsinə - Novoivanovka, Çiçəkli və Şahdağ kəndlərinə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olub. Bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 996 fərdi evdən ibarət kəndlərin qazla təmin olunması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 88 min 456 metr müxtəlif diametrli polad borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib.

Mənzillərə sayğac, eləcə də fərdi tənzimləyicilər quraşdırılıb. Hazırda Gədəbəy rayonunun Qurudərə və Sarıköynək kəndlərində qazlaşdırma işləri aparılır. Tezliklə tikinti-quraşdırma işləri yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Qeyd olunan bölgədə yerləşən yaşayış məntəqələrinə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşmasına, ekologiyanın qorunmasına xidmət edir. Qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq olunur. Bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə, eləcə də istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Kopyalandı
Mircəfər Bağırov Cəfər Cabbarlını niyə həbs etdi? - Yazıçının gizli fəaliyyəti | ARAŞDIRMA

Mircəfər Bağırov Cəfər Cabbarlını niyə həbs etdi? - Yazıçının gizli fəaliyyəti | ARAŞDIRMA

Cəmiyyət
24 aprel 2024 1947 baxış
Bakıda kimin heykəlinin ucaldılmasına ehtiyac var? | Baku TV şəhərdə sorğu keçirdi

Bakıda kimin heykəlinin ucaldılmasına ehtiyac var? | Baku TV şəhərdə sorğu keçirdi

Cəmiyyət
24 aprel 2024 1947 baxış
Yumurta boyda dolu əhaliyə ciddi ziyan vurdu | Oğuz

Yumurta boyda dolu əhaliyə ciddi ziyan vurdu | Oğuz

Cəmiyyət
24 aprel 2024 1947 baxış
Sakinlər tezliklə yurdlarına qayıda biləcək | Şuşada quruculuq işləri

Sakinlər tezliklə yurdlarına qayıda biləcək | Şuşada quruculuq işləri

Cəmiyyət
24 aprel 2024 1947 baxış
Bulaqlarda erməni saxtakarlığı | Naxış və nişan vuraraq...

Bulaqlarda erməni saxtakarlığı | Naxış və nişan vuraraq...

Cəmiyyət
24 aprel 2024 1947 baxış
Yaxınları sabiq baş pediatr Nəsib Quliyevin ölüm səbəbindən danışdı

Yaxınları sabiq baş pediatr Nəsib Quliyevin ölüm səbəbindən danışdı

Cəmiyyət
24 aprel 2024 1947 baxış
1000 manatlıq alçalar 25-ə düşdü | Meyvələrin ucuzlaşmasına sakinlərdən reaksiya

1000 manatlıq alçalar 25-ə düşdü | Meyvələrin ucuzlaşmasına sakinlərdən reaksiya

Cəmiyyət
24 aprel 2024 1947 baxış
Uşaq pulu, iş… | Sakinlər deputatlara ən çox nədən şikayətlənir?

Uşaq pulu, iş… | Sakinlər deputatlara ən çox nədən şikayətlənir?

Cəmiyyət
24 aprel 2024 1947 baxış
Baş Prokurorluqdan Nəsib Quliyevin dəhşətli ölümü barədə açıqlama

Baş Prokurorluqdan Nəsib Quliyevin dəhşətli ölümü barədə açıqlama

Cəmiyyət
24 aprel 2024 1947 baxış
İşçilər Ali Məclisin qarşısında toplandı | 10 aydır ki, maaş vermirlər

İşçilər Ali Məclisin qarşısında toplandı | 10 aydır ki, maaş vermirlər

Cəmiyyət
24 aprel 2024 1947 baxış
Seçilmişlər
icon