Ana səhifə Dünya 24 yaşlı gənc kredit borcuna görə ailə üzvlərini öldürüb
Ölçünü dəyiş

24 yaşlı gənc kredit borcuna görə ailə üzvlərini öldürüb

Dünya
21 Sentyabr 2019, 05:45
18k görüntü
0
Paylaş:
Türkiyədə 24 yaşlı gənc atası, anası, qardaşı və bacısını öldürüb.
 
İstanbul şəhərində ailə münaqişəsi zəmnində yaranan mübahisə zamanı 4 nəfər öldürülüb.
 
Hadisə Arnavutköy rayonunda baş verib. Belə ki, 24 yaşlı Veysəl Aydın kredit borcu məsələsinə görə ailəsi ilə mübahisə edib.
 
Nəticədə o, 45 yaşlı ögey atası Qədir Açıqalını, 42 yaşlı anası Kader Aydını, 26 yaşlı qardaşı Sərkan Aydını odlu silahdan atəş açaraq öldürüb. Daha sonra 13 yaşlı bacısı Nazlıcan Aydını bıçaqla yaralayıb Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində keçinib.
 
Polis qətli törədən Veysəl Aydını İzmit şəhərində saxlayıb, barəsində cinayət işi açılıb.
 
Kamil Əmirli
Şərhlər