Ana səhifə Dünya Qadınların tarixi kosmik yürüşü – Tramp canlı izləyib
Ölçünü dəyiş

Qadınların tarixi kosmik yürüşü – Tramp canlı izləyib

Dünya
19 Oktyabr 2019, 06:23
37 görüntü
0
Paylaş:

ABŞ prezidenti Donald Tramp astronavt qadınların kosmik yürüşünə canlı yayımla bağlanıb.

Trump NASA rəsmiləri ilə birlikdə ilk dəfə olaraq bütün heyəti qadınlardan ibarət olan kosmik gedişi canlı yayımda izləyib.

Ağ Evdə baş tutan bağlantıda ABŞ prezidenti Donald Tramp, qızı İvanka Trump, vitse-prezident Mayk Pens və NASA prezidenti Jim Bridenstine iştirak edib.

Trump astronavtları "çox cəsur qadınlar" adlandırıb və onlara uğur arzulayıb. Daha sonra kosmik yürüş barədə müzakirə aparılıb.

Amerikalı astronavtlar Kristina Koch və Jessica Meirin başçılıq etdiyi qadınlardan ibarət heyət önəmli kosmik missiyasını həyata keçiriblər.

Onlar təxminən, 8 saat ərzində stansiyadakı köhnə texnologiya batereyalarını daha güclü litium-ion batereyaları ilə əvəz ediblər.

Kamil Əmirli

Şərhlər