Ana səhifə Dünya Ərdoğan Ağ Evdə Trampla görüşüb
Ölçünü dəyiş

Ərdoğan Ağ Evdə Trampla görüşüb

Dünya
14 Noyabr 2019, 05:22
17 görüntü
0
Paylaş:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikaya rəsmi səfər edib.

Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanı Ağ Evdə Donald Tramp və xanımı Melania Tramp qarşılayıb.

Qarşılanma mərasimindən sonra iki ölkə rəhbəri mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandırıb, bir sıra məsələlərlə bağlı müzakirələr aparıb.

Konfransda çıxış edən Tramp bildirib ki, Türkiyə ABŞ-ın NATO-dakı müttəfiqi və həmçinin, strateji tərəfdaşıdır.

Tramp türkiyəli həmkarı ilə Suriya məsələsini ətraflı müzakirə etdiyini açıqlayıb. ABŞ prezidentinin sözlərinə görə, Türkiyə tərəfinin Rusiyadan aldığı S-400 hava müdafiə kompleksi ilə bağlı danışıqlar davam etdiriləcək.

R.T.Ərdoğan çıxışında bildirib ki, D.Trampla Suriya məsələsi, beynəlxalq terrorizmlə mübarizə, İŞİD və digər terror təşkilatlarına qarşı birgə mübarizə məsələlərini müzakirə edib. Tramp Suriya məsələsinə xüsusi toxunaraq həmin bölgədə atəşkəsin davam etdiyini qeyd edib.

Ərdoğan bildirib ki, bu gün Türkiyədəki həbsxanalarda, eləcə də Suriyanın Türkiyə tərəfindən nəzarətdə olan bölgələrdəki saxlama təcridxanalarında təxminən 2200 İŞİD terrorçusu saxlanılır.

Türkiyə prezidenti həmçinin qeyd edib ki, Türkiyə tərəfi heç bir milli və dini ayrıseçkiliyə yol vermədən ancaq terror təşkilatları ilə mübarizə aparır.

Ərdoğan görüş əsnasında həmçinin, 2016-cı il 15 iyul tarixində dövlət çevrilişinə cəhddə Fətullah Gülənin başçılığı ilə terror aktlarında baş verənləri xatırladıb və Gülənin Türkiyəyə qaytarılmasını istəyib.

Türkiyə prezidenti oktyabrın 29-da ABŞ Nümayəndələr Palatasının “qondarma erməni soyqırımı” ilə bağlı verdiyi qərardan Türkiyə 

tərəfinin qəzəbli olduğunu deyib və bunun iki ölkə arasında mövcud əlaqələrə olduqca mənfi təsir göstərə biləcəyini qey edib.

R.T.Ərdoğan Türkiyənin bu mövzuda ortaq dialoqun, arxivlərin açılmasının tərəfdarı olduğunu vurğulayıb.

Kamil Əmirli

Şərhlər