Hadisə
Pleyeri seçin:

"Binə" Ticarət Mərkəzində güclü yanğın

08 oktyabr 2019 228 baxış
Bakının Qaradağ rayonu ərazisində yerləşən "Binə" ticarət mərkəzində güclü yanğın baş verib.
Yanğın ticarət mərkəzinin “Elit” hissəsində başlayıb, daha sonra xeyli əraziyə keçib. Üçüncü sıradan başlayan yanğın paltar bölümünü külə döndərib.
Hadisə ilə bağlı FHN "3-cü dərəcəli" çağırış elan edib. Qısa zaman ərzində əraziyə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 40-a yaxın şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub.
Əraziyə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov, Qaradağ Rayon Polis İdarəsinin rəisi və digər rəsmi şəxslər də gəlib.
Fövqəladə Hallar Nazirliyinin ərazidə olan nümayəndələrindən verilən ilkin məlumata görə, yanğına mağazaların birində yerləşən elektrik naqillərində yaranan qısaqapanma səbəb olub.
Nazir müavini Etibar Mirzəyev jurnalistlərə açıqlamasında bildirib ki, alovlar təxminən 2-3 min kvadrat kilometr ərazini əhatə edib:
Havanın küləkli olması alovların yayılmasına şərait yaradaraq yanğının söndürülməsinə mane olsa da, alovlar tamamilə söndürülüb.
Hadisənin dəqiq hansı səbəbdən baş verməsi və sahibkarlara dəyən ziyan aparılan araşdırmalardan sonra bəlli olacaq.
Kamil Əmirli
Elşad Mətləboğlu
Kopyalandı
Bakı sakini eyni əməldən 7-ci də həbs edildi | Məhkəmə qərarını açıqladı

Bakı sakini eyni əməldən 7-ci də həbs edildi | Məhkəmə qərarını açıqladı

Hadisə
18 aprel 2024 228 baxış
Hökməlidə ağacları kim və niyə kəsdi? | Qurumdan açıqlama

Hökməlidə ağacları kim və niyə kəsdi? | Qurumdan açıqlama

Hadisə
18 aprel 2024 228 baxış
Ramanada evdən qızla oğlanın meyiti tapıldı | Baş Prokurorluqdan açıqlama

Ramanada evdən qızla oğlanın meyiti tapıldı | Baş Prokurorluqdan açıqlama

Hadisə
18 aprel 2024 228 baxış
Polisdən qanunsuz miqrasiyaya qarşı tədbir | 21 əcnəbi saxlanıldı

Polisdən qanunsuz miqrasiyaya qarşı tədbir | 21 əcnəbi saxlanıldı

Hadisə
18 aprel 2024 228 baxış
Marketdən oğurluq edən şəxs polislər tərəfindən saxlanıldı | Anbaan video

Marketdən oğurluq edən şəxs polislər tərəfindən saxlanıldı | Anbaan video

Hadisə
18 aprel 2024 228 baxış
Polislər Ağdam və Xankəndidə silah-sursat aşkarladı

Polislər Ağdam və Xankəndidə silah-sursat aşkarladı

Hadisə
18 aprel 2024 228 baxış
Sumqayıt qatarını daşa basanlar saxlanıldı | Qatarın şüşəsi sındı

Sumqayıt qatarını daşa basanlar saxlanıldı | Qatarın şüşəsi sındı

Hadisə
18 aprel 2024 228 baxış
Ağır qəzaya düşən aparıcı Aytən Səfərovanın son durumu açıqlandı

Ağır qəzaya düşən aparıcı Aytən Səfərovanın son durumu açıqlandı

Hadisə
17 aprel 2024 228 baxış
DİN Xankəndidə əməliyyat keçirdi

DİN Xankəndidə əməliyyat keçirdi

Hadisə
17 aprel 2024 228 baxış
Tərtərdə ağır qəza | İki avtomobil toqquşdu

Tərtərdə ağır qəza | İki avtomobil toqquşdu

Hadisə
17 aprel 2024 228 baxış
Seçilmişlər
icon