Hadisə
Pleyeri seçin:
Qazax rayonunda mənzildən oğurluq edilib
Hadisə Qazax şəhəri, Mehdi Hüseyn küçəsi 12 ünvanında, Nigar ismiyevaya məxsus mənzildə baş verib.
Ev sahibəsinin sözlərinə görə, mənzildən 6 ay ərzində ikinci dəfə oğurluq edilib. O bildirir ki, evdən məişət və elektron avadanlıqlar, xalça, eləcə də, 300 manat dəyərində baba yadigarı olan antik samovar da oğurlanıb.
Nigar ismiyeva həmçinin, evin zirzəmisində qış üçün hazırladığı azuqənin də oğurlandığını bildirib.
Qazax Rayon Polis Şöbəsinin müstəntiqi Ülvi Bayramov açıqlamasında bildirib ki, sözügedən ünvandan oğurluq edən şəxs saxlanılıb. Onun başqa hadisələrdə də şübəli olduğu qeyd edilib.
Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Nazir Quliyev
Kopyalandı
Seçilmişlər