Ana səhifə Hadisə Avtomobillər su basan yollarda batıb
Ölçünü dəyiş

Avtomobillər su basan yollarda batıb

Hadisə
02 Noyabr 2019, 05:20
10.9k görüntü
0
Paylaş:

Paytaxt Bakıda 2 gündür yağan güclü yağış avtomobillərə və piyadalara çətinliklər yaradıb.

Gecə saatlarında yağan intensiv yağış şəhərin bir sıra ərazilərində yolların su ilə dolmasına səbəb olub.

Belə yollardan biri Səbail rayonu, Bayıl qəsəbəsi ərazisindədir.

20-ci sahə yaşayış massivinə gedən yolun alternativ hissəsini su basdığından avtomobillər çətinliklə üzləşib.

Hündürlüyü bir neçə santimetrə qədər qalxan su həmin yoldan istifadə edən avtomobillər üçün ciddi problem yaradıb. Bir neçə nəqliyyat vasitəsi həmin yoldan istifadə edərkən yolda batıb.

Çəkiliş apardığımız zaman bir neçə sedan tipli avtomobilin sözügedən ərazidə batdığının şahidi olduq.

Qeyd edək ki, analoji hal Bakının bir sıra hissələrində də müşahidə olunmaqdadır.

Xatırladaq ki, yağışlı hava şəraiti ilə əlaqədar paytaxtın əksər küçə və prospektlərində sürət həddi endirilib.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

Şərhlər