Ana səhifə Hadisə Yüksək sürətlə gedən avtomobil qəzaya səbəb olub
Ölçünü dəyiş

Yüksək sürətlə gedən avtomobil qəzaya səbəb olub

Hadisə
06 Noyabr 2019, 04:50
1,007 görüntü
0
Paylaş:

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

Qəza 4 mikrorayon ərazisində baş verib.

Polad Əliyev Hüseyn Seyidzadə küçəsində idarə etdiyi "Fiat Doblo" markalı nəqliyyat vasitəsilə müəyyən edilmiş hissədən əsas yola çıxmaq istəyib.

Bu zaman əks istiqamətdən yüksək sürətlə gələn "Opel" markalı minik avtomobili “Fiat”a çırpılıb.

Zərbənin gücündən "Fiat Doblo" yol kənarında hərəkətsiz vəziyyətdə dayanan "KİA" markalı nəqliyyat vasitəsinin üzərinə aşıb.

Qəza zamanı "Fiat"-ın sürücüsü P.Əliyev xəsarət alıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

Şərhlər