Hadisə
Pleyeri seçin:

Çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

15 noyabr 2019 9898 baxış

Xətai rayonunda hündürmərtəbəli binada yanğın baş verib.

Hadisə Neapol dairəsi, Neapol küçəsi 16 ünvanında yerləşən ikibloklu 18 mərtəbəli yaşayış binasında qeydə alınıb.

İlkin məlumata görə, yanğın şaxtada yerləşən naqillərdə yaranan qısaqapanma nəticəsində yaranıb. Daha sonra alovlar binanın mansardına keçib və təxminən, 200 kv/m əraziyə yayılıb.

Əraziyə 2-ci dərəcəli çağırış elan edilərək, FHN-in 15 yanğınsöndürmə texnikası və 64 nəfər heyət, eləcə də təcili tibbi yardım üzrə 9 briqada cəlb edilib.

Bina sakinləri təxliyyə edilib. Sakinlərdən 10 nəfər tüstüdən zəhərlənib. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, digər şəxslər isə Respublika Toksikologiya Mərkəzinə aparılıb.

Alovlar söndürülüb, yanğının digər mənzillərə və ikinci bloka keçməsinin qarşısı alınıb.

FHN-in Dövlət Yanğından Mühafizə Qərargahının rəisi Əkbər Novruzov jurnalistlərə açıqlamasında bildirib ki, ikibloklu binanın mansard hissəsi təxminən, 180-200 kv/m ərazidə yanıb:

18-ci mərtəbədə yerləşən 6 mənzildən dördünün mansardı təxminən, 20 kv/m, 2 mənzilin isə həm mansard, həm də daxilində olan yanar konstruksiyaları, 60 kv/m sahədə yanıb.

Eyni zamanda, binanın birinci mərtəbəsindən on səkkizinci mərtəbəsinə qədər şaxta hissəsindən keçən naqillər təxminən, 60 p/m sahədə yanıb. Əraziyə 2-ci dərəcəli çağırış elan edilib. Bakı qarnizonunun 15 yanğınsöndürmə avtomobili və 64 nəfər briqada heyəti cəlb edilib. Bina sakinləri təxliyyə edilib, mənzil və mansardlarda olan yanar konstruksiyalar sökülərək yanğının qarşısı alınıb.

Ə.Novruzovun sözlərinə görə, yanğının baş verməsinə ilkin ehtimal şaxtadan keçən naqillərdə həddən artıq yüklənmə səbəbindən yaranan qısaqapanmanın mansardda olan naqillərə keçməsi olub:

“Mansardda olan 6 mənzildən 5-i xeyli zərər görüb, həmin mənzillərdə yaşayanlar arasında xəsarət alanlar var və onlara əraziyə çağırılan təcili tibbi yardım briqadaları ilkin tibbi yardım göstərib. Yanğın zamanı FHN-in əməkdaşlarından xəsarət alan olmayıb. Ümumilikdə isə hadisə zamanı 10 nəfər tüstüdən zəhərlənərək xəsarət alıb. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, digər zərərçəkənlər isə Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib”.

Hadisə zamanı xəsarət alanların siyahısı:

1965-ci il təvəllüdlü Salmanova Şəfəq Şabəddin qızı;

Onun bacısı, 1968-ci il təvəllüdlü İsmayılova Şəlalə Şabəddin qızı;

32 yaşlı Əliyev Zaur Arzuman oğlu;

Onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Əliyeva Səbinə Asif qızı;

Onların övladları:

2013-cü il təvəllüdlü Əliyeva Ayan Zaur qızı;

2016-cı il təvəllüdlü Əliyeva Aliyə Zaur qızı;

2018-ci il təvəllüdlü Əliyev Asim Zaur oğlu;

33 yaşlı Tağıyeva Sevinc Əbilfəz qızı;

Onun övladları:

2008-ci il təvəllüdlü Tağıyev Əhməd Rəşad oğlu;

2014-cü il təvəllüdlü Tağıyeva Elay Rəşad qızı;

S.Nağıyevanın anası, Nağıyeva Kifayət Qəşəng qızı.

Alovlar söndürülüb, yanğının digər mənzillərə və ikinci bloka keçməsinin qarşısı alınıb.

Hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Kamil Əmirli

Elşad Mətləboğlu

Baku TV

Kopyalandı
Prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son sözünü dedi

Prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son sözünü dedi

Hadisə
19 aprel 2024 9898 baxış
Kürdə batan 6 yaşlı Səmanın axtarışları davam edir

Kürdə batan 6 yaşlı Səmanın axtarışları davam edir

Hadisə
19 aprel 2024 9898 baxış
Xocavənddə fermada xeyli partlayıcı qurğu və maddə aşkarlandı

Xocavənddə fermada xeyli partlayıcı qurğu və maddə aşkarlandı

Hadisə
19 aprel 2024 9898 baxış
Xankəndi şəhəri ərazisindən silah-sursat tapıldı | Avtomat, qumbara…

Xankəndi şəhəri ərazisindən silah-sursat tapıldı | Avtomat, qumbara…

Hadisə
19 aprel 2024 9898 baxış
Sumqayıtda oğul ana və atasını qətlə yetirdi | Prokurorluqdan açıqlama

Sumqayıtda oğul ana və atasını qətlə yetirdi | Prokurorluqdan açıqlama

Hadisə
19 aprel 2024 9898 baxış
Kürdə batan atanın meyiti tapılıb

Kürdə batan atanın meyiti tapılıb

Hadisə
19 aprel 2024 9898 baxış
Qışqırıq səslərinə gəldik | Qonşu ana və atanın qətlindən danışdı

Qışqırıq səslərinə gəldik | Qonşu ana və atanın qətlindən danışdı

Hadisə
19 aprel 2024 9898 baxış
Ərlə arvadın meyiti polislərin nəzarəti ilə evdən çıxarılıb

Ərlə arvadın meyiti polislərin nəzarəti ilə evdən çıxarılıb

Hadisə
19 aprel 2024 9898 baxış
Ata-anasını qətlə yetirməkdə şübhəli bilinən 24 yaşlı gənc saxlanılıb

Ata-anasını qətlə yetirməkdə şübhəli bilinən 24 yaşlı gənc saxlanılıb

Hadisə
19 aprel 2024 9898 baxış
Hacıqabulda dəhşətli qatar qəzası

Hacıqabulda dəhşətli qatar qəzası

Hadisə
19 aprel 2024 9898 baxış
Seçilmişlər
icon