Ana səhifə Hadisə Bakıda qayda pozan xanım sürücü qəza törədib
Ölçünü dəyiş

Bakıda qayda pozan xanım sürücü qəza törədib

Hadisə
15 Noyabr 2019, 08:48
30 görüntü
0
Paylaş:

Nərimanov rayonunda 2 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

1985-ci il təvəllüdlü Mehdiyeva Lalə Rafiq qızı idarə etdiyi "Nissan" markalı minik avtomobili ilə Faiq Yusifov küçəsində yüksək sürətlə hərəkətdə olarkən yol-hərəkəti nişanının tələbini pozaraq yoluna davam edib.

Bu zaman onun avtomobili Təbriz küçəsilə hərəkətdə olan "Mercedes" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Zərbənin gücündən "Mercedes" yol kənarındakı səkiyə və ağaca dəyib.

Qəza zamanı "Nissan"ın xanım sürücüsü xəsarət alıb, hər iki avtomobil isə deformasiyaya uğrayıb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP xidmətinin əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.

Hadisə yerində çəkiliş aparan zaman “Mercedes” markalı avtomobilin sürücüsü əməkdaşlarımızın peşə fəaliyyətinə mane olmağa çalışıb, onları təhdid edib.

Faktla bağlı araşdırma aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

Baku TV

Şərhlər