Sürət yarışına çıxan avtomobil 2 maşına çırpılaraq aşıb
Yasamal rayonunda 3 nəqliyyat vasitəsinin toqquşması zamanı 2 nəfər xəsarət alıb.
Moskva prospektindəki körpünün üzərində “Hyundai" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxıb.
Bu zaman nəqliyyat vasitəsi eyni istiqamətlə gedən "Kia" və "Mercedes" markalı avtomobillərə çırpılıb.
Zərbənin təsirindən "Hyundai" aşıb, sürücü isə hadisə yerindən yayınıb. Qəza zamanı 2 nəfər xəsarət alıb.
Qəzaya uğrayan "Mercedes" markalı nəqqliyyat vasitəsinin sürücüsünün Baku TV-yə verdiyi məlumata görə, "Hyundai" və "Kia" markalı avtomobillərin sürücüləri eyni istiqamətdə sürət yarışına çıxıb. Bu zaman “Hyundai” markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib:
Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib.
Qəzanın dəqiq səbəbləri araşdırılır.
Kamil Əmirli
Elşad Mətləboğlu
Baku TV