Binəqədidə 2 avtomobil toqquşub, yaralılar var

Hadisə
10 Jul 2019, 03:43
1,775

Binəqədi rayonunda 2 avtomobil toqquşub, sürücü və sərnişinlər yaralanıb.

Hadisə “Karl Marks” dairəsində, Azadlıq və Z.Bünyadov prospektlərinin kəsişməsində baş verib. Z.Büynadov prospektində “Hyundai” markalı minik avtomobili ilə hərəkətdə olan 29 yaşlı Əhmədov Sabir Talib oğlu dairəvi yola daxil olan Anar Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Qəza zamanı “Hyundai” markalı avtomobilin sürücüsü Sabir Əhmədov, sərnişinlər Nurullayev Tural Yarəli oğlu, Manaflı Miryusif Mirvəfa oğlu xəsarət alıblar.

Yaralılar təcili olaraq 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

İlkin məlumata görə, hadisə Z.Bünyadov prospektində yüksək sürətlə hərəkətdə olan “Hyundai” markalı avtomobilin dairəvi yolda hərəkət üstünlüyü olan “Mercedes” markalı avtomobilə yol verməməsi səbəbindən baş verib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

 

 

Kamil Əmirli

Elşad Mətləboğlu

ŞƏRH YAZ