Hadisə
Pleyeri seçin:

Şəkidə Xan çinarının budağı qırıldı - 19 nəfər yaralandı

14 iyul 2019 1056 baxış

İyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qırılıb.

Budağın qırılaraq yerə düşməsi nəticəsində həmin vaxt sarayın həyətində olan 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan dörd nəfərin vəziyyəti ağırdır.

Yaralananlardan ikisi Rusiya, beşi Suriya, qalanı isə Azərbaycan vətəndaşlarıdır.

Bakı şəhərindən Fövqəladə Hallar Nazirliyinin helikopterləri vasitəsilə təcrübəli reanimatoloq, neyrocərrah, travmatoloq və digər həkimlər Şəki rayonuna göndərilib.

İlkin Məmmədova ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınığı, Sara Hasana sağ bud sümüyünün qapalı travması çanaqda, Farik Hasana sol incik sümüyünün sınığı, Al Hasan Samirəyə sağ baldır sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub və helikopterlə Bakıya Kliniki Tibbi Mərkəzə göndəriliblər.

Sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok vəziyyətində olan Xatirə Ağamalıyeva isə təcili tibbi yardım avtomobili ilə paytaxta yola salınıb.

Hadisəyə ilkin səbəb son zamanlar mütəmadi yağan leysan xarakterli yağışlar və güclü külək olub. Bu gün səhər saatlarından başlayan güclü külək nəticəsində Xan Çinarı ağacının böyük budağı qırılaraq yerə düşüb.

Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirliklərinin və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar.

Şəkidə baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicələri Prezident İlham Əliyevin xüsusi nəzarətindədir.

Kopyalandı
Uşaq evində 16 yaşlı qızla bağlı müəmma | Uşaq evinin əməkdaşı Baku TV-yə danışdı

Uşaq evində 16 yaşlı qızla bağlı müəmma | Uşaq evinin əməkdaşı Baku TV-yə danışdı

Hadisə
16 aprel 2024 1056 baxış
Baş Prokurorluq beynəlxalq axtarışda olan şəxslərlə bağlı məlumat yaydı

Baş Prokurorluq beynəlxalq axtarışda olan şəxslərlə bağlı məlumat yaydı

Hadisə
16 aprel 2024 1056 baxış
Gəncə məktəbində şagirdlər arasında insident | Direktor danışdı

Gəncə məktəbində şagirdlər arasında insident | Direktor danışdı

Hadisə
16 aprel 2024 1056 baxış
Tiktoker "Semka" saxlanıldı | DİN-dən vacib məlumat

Tiktoker "Semka" saxlanıldı | DİN-dən vacib məlumat

Hadisə
16 aprel 2024 1056 baxış
DİN-dən saxlanılan baş redaktor və müxbirlə bağlı təcili məlumat

DİN-dən saxlanılan baş redaktor və müxbirlə bağlı təcili məlumat

Hadisə
16 aprel 2024 1056 baxış
Paytaxtın mərkəzində maşın dirəyə çırpıldı | Hadisə yerindən görüntülər

Paytaxtın mərkəzində maşın dirəyə çırpıldı | Hadisə yerindən görüntülər

Hadisə
16 aprel 2024 1056 baxış
İşğaldan azad olunmuş ərazilərdə silah-sursat aşkarlandı

İşğaldan azad olunmuş ərazilərdə silah-sursat aşkarlandı

Hadisə
16 aprel 2024 1056 baxış
Cəbrayıl rayonunun Hovuslu kəndi ərazisində xeyli sayda mina aşkarlandı

Cəbrayıl rayonunun Hovuslu kəndi ərazisində xeyli sayda mina aşkarlandı

Hadisə
16 aprel 2024 1056 baxış
İki məktəblinin ölümünün təfərrüatları

İki məktəblinin ölümünün təfərrüatları

Hadisə
16 aprel 2024 1056 baxış
Gəncədə ev yanaraq kül oldu | Külli miqdarda ziyan dəydi

Gəncədə ev yanaraq kül oldu | Külli miqdarda ziyan dəydi

Hadisə
15 aprel 2024 1056 baxış
Seçilmişlər
icon