Ana səhifə Hadisə Bakı-Ələt yolunda ağır qəza: "Jiquli" "KAMAZ"la toqquşdu
Ölçünü dəyiş

Bakı-Ələt yolunda ağır qəza: "Jiquli" "KAMAZ"la toqquşdu

Hadisə
18 İyul 2019, 22:24
8,894 görüntü
0
Paylaş:

Qaradağ rayonunda baş verən qəzada 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Hadisə Bakı-Ələt yolunda qeydə alınıb. 1988-ci il təvəllüdlü Ağamalıyev Qürbət Novruz oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobili ilə yol hərəkəti qaydasını pozaraq qarşı yola çıxıb.

Nəticədə avtomobil "Kamaz" markalı yük maşını ilə toqquşub.

Qəza zamanı "VAZ 2107"-nin sürücüsü ağır yaralanıb və dərhal 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

“VAZ 2107”də olan sərnişin Cəfərov Lətif Razi oğlu avtomobildə sıxılı vəziyyətdə qalıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Lətif Cəfərovun meyitini FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları çıxararaq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

 

Şərhlər