Azərbaycanda ilk dəfə elektrobus istehsal olunub
Ölkəmizdə ilk dəfə elektrobusların istehsalına başlanılıb. Gəncədəki avtomobil zavodunun konveyerindən Azərbaycanda elektrik enerjisi ilə işləyən ilk avtobus çıxıb.
İstehsalınna başlanılan bu elektrobuslar Azərbaycan və Belarus maşınqayıranlarının uzun müddətdir ki, davam edən birgə əmkdaşlığının daha bir nümunəsidir.
Belə ki, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə Belarusun “Belkommunaş”, eləcə də “Qomselmaş” müəssisələri arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqavilələri çərçivəsində ölkəmizdə E-321 markalı elektrobusların, həmçinin “PALESSE KZS-575” markalı taxılyığan kombaynların da yığımına başlanılıb.
Açılışda Belarus Respublikasının baş nazirinin müavini Mixail Rusıy, Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç, Gəncə şəhər rəhbərliyi ictimaiyyəyətinin nümayəndələri iştirak ediblər. Taxılyığan kombaynın yığım xətti ilə tanış olduqdan sonra qonaqlar “E-321” markalı elektrobusun təqdimatına qatılıblar. Həmçinin onun akkumlyatorunun enerji ilə doldurulması prosesini izləyiblər.
SINX/ Mixail Rusıy, Belarus Respublikası baş nazirinin müavini
“- Bizim ölkə başçılarının – Azərbaycan və Belarus prezidentlərinin tapşırıqlarına uyğun olaraq, Gəncə Avtomobil Zavodunda istehsalın genişləndirilməsi üzrə birgə çalışırıq. Belə ki, ənənəvi traktor istehsalı ilə yanaşı artıq elektrobus və kombayn yığımı izrə sahələr işə salındı. Bu elektrobuslar müasir texnikanın son nailiyyətlərindəndir və ekoloji təmiz maşınlardır”
Elektrobuslar həm ekoloji baxımdan, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. 83 sərnişinin daşınmasını reallaşdıra biləcək avtobuslar 26 oturacaqla, kondensionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub. Saatda 60 kilometr sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində enerjidoldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur .
Mühərriki 155 at gücündə olan “PALESSE KZS-575” markalı taxılyığan kombaynı isə kənd təsərrüfatı texnikalarının son nəslindəndir. Bu kombayn kiçik və orta təsərrüfatlar üçün, kompakt və manevrli texnika istəyənlər üçün çox əlverişli bir texnika sayılır.
Nazir Quliyev