Ana səhifə Kriminal Rusiyada “Boeing” qəza enişi etdi: 49 nəfər xəsarət aldı
Ölçünü dəyiş

Rusiyada “Boeing” qəza enişi etdi: 49 nəfər xəsarət aldı

Kriminal
26 Sentyabr 2019, 04:20
61 görüntü
0
Paylaş:
Rusiyanın Barnaul şəhərinin hava limanında “Boeing 767” təyyarəsi sərt eniş edib.
 
Təyyarə aeroporta yanan şasilərlə enib.
 
Hadisə nəticəsində 49 nəfər xəsarət alıb. Onlardan 5 nəfər xəstəxanaya yerləşdirilib, digərlərinə isə hadisə yerində ilkin tibbi yardım göstərilərək ambulator müalicəyə göndərilib.
 
Qeyd edək ki, Vyetnamdan uçuş həyata keçirən “Azur Air” aviaşirkətinə məxsus təyyarənin göyərtəsində 331 sərnişin olub.
 
Hadisə ilə bağlı Barnaul nəqliyyat prokurorluğunda araşdırma aparılır.
Şərhlər