Ana səhifə Kriminal Almaniyada silahlı şəxs sinaqoqa hücum edib
Ölçünü dəyiş

Almaniyada silahlı şəxs sinaqoqa hücum edib

Kriminal
10 Oktyabr 2019, 05:40
41 görüntü
0
Paylaş:
Almaniyanın silahlı şəxs sinoqoqa girməyə çalışıb.
 
Hall şəhərində silahlı şəxs yəhudilər üçün müqəddəs sayılan Yom Kippur ayini zamanı sinoqoqa girməyə çalışıb.
 
Silahlı şəxs içəridə 80-dən çox vətəndaşın olduğu binaya əvvəlcə əl qumbarası atıb. Qumbara qapıya dəydikdən sonra istiqamətini dəyişib. O, daha sonra silahla ətrafdakı kafelərin birinə girməyə çalışıb. Bu zaman vətəndaşlardan biri ona mane olmağa çalışıb.
 
Nəticədə silahlı şəxs ona atəş açaraq ağır yaralayıb. O, həmçinin ətrafda olan orta yaşlı kişini də atəş açaraq öldürüb.
 
Almaniya polisindən verilən məlumata görə, silahlı şəxs hadisəni törətməzdən əvvəl qışqıraraq kütləvi immiqrasiya, feminizm və digər bir sıra məsələnin arxasında yəhudilərin olduğunu deyib.
 
Artıq polis hadisəni törədən şəxsi saxlayıb.
 
Qeyd edək ki, açılan atəş nəticəsində ümumilikdə 2 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
 
Kamil Əmirli
Şərhlər