Ana səhifə Kriminal Bərdədə faciə: Nazirlik əməkdaşı öldü
Ölçünü dəyiş

Bərdədə faciə: Nazirlik əməkdaşı öldü

Kriminal
25 Oktyabr 2019, 05:42
543 görüntü
0
Paylaş:

Bərdədə ölüm hadisəsi baş verib.

Hadisə rayonun Qarayusifli kəndi ərazisində qeydə alınıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bərdə rayon Telekommunikasiya qovşağının əməkdaşı 1983-cü il təvəllüdlü Səbuhi Məmmədov kənd ərazisində kabelə maneə yaradan ağacların budanması işini görərkən yıxılıb.

O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. S.Məmmədov gecə saatlarında vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər