Ana səhifə Kriminal Binəqədidə qadın bıçaqlanaraq öldürülüb
Ölçünü dəyiş

Binəqədidə qadın bıçaqlanaraq öldürülüb

Kriminal
29 Noyabr 2019, 04:59
28.9k görüntü
0
Paylaş:

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Metronun “Dərnəgül” stansiyası yaxınlığında, Süleyman Sani Axundov küçəsində yerləşən kafenin qarşısında naməlum şəxs təxminən, 30 yaşlı qadınla mübahisə edib. Bu zaman həmin şəxs bıçaqla qadına bir neçə bıçaq zərbəsi endirib.

Ürək, qarın və kürək nahiyəsindən 4 bıçaq xəsarəti alan yaralı xəstəxanaya aparılsa da, çox qan itirdiyindən yolda keçinib.

Meyitin üzərinə ilkin baxış keçirilən zaman şəxsiyyətini təsdiq edən sənəd aşkarlanmayıb.

İlkin məlumata görə, qətli törədən şəxslə qadın arasında mübahisə baş verib. Nəticədə həmin şəxs qadını bıçaqlayaraq öldürüb.

Faktla bağlı əraziyə Binəqədi Rayon Polis İdarəsinin və Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Polis və Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib, əl izləri götürərək lazımi istintaq tədbirləri görüblər.

Artıq polis əməkdaşları hadisə ilə bağlı bir nəfəri şübhəli şəxs qismində saxlayıb.

Qətllə əlaqədar istintaq işi açılıb.

Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

Şərhlər