Ana səhifə Kriminal Bakıda iş adamını öz maşınında güllələdilər
Ölçünü dəyiş

Bakıda iş adamını öz maşınında güllələdilər

Kriminal
14 İyun 2019, 05:27
42.4k görüntü
0
Paylaş:

Bakının Sabunçu rayonunda silahlı insident olub. Hadisə Bəşir Bünyadov küçəsində baş verib.

1972-ci il təvəllüdlü Məmmədov Ramiz Hümbət oğlu öz qaynı Rauf Həsənov tərəfindən odlu silahla güllələnib.

Qohumlar arasında yaranan mübahisə zamanı Rauf Həsənov avtomobilindəki odlu silahla Ramiz Məmmədova atəş açıb.

Ağır vəziyyətdə olan yaralı xəstəxanaya çatdırılaraq cərrahi əməliyyatı edilib. Onun aşağı ətraflarından və qarın nahiyəsindən çoxsaylı qırma yaralar aldığı bildirilir.

Həkimlərin səylərinə baxmayaraq Ramiz Məmmədov xəstəxanada dünyasını dəyişib.

Sabunçu Rayon Prokurorluğunun istintaq qrupu hadisənin baş verdiyi Bəşir Bünyadov küçəsində müayinələr aparıb. Ərazidən cinayətdə istifadə olunan odlu silahın gilizi aşkar edilib.

"Hozu" ləqəbli Ramiz Məmmədovun Sabunçu rayonu ərazisində fəaliyyət göstərən 84 və 113 saylı marşrut xətlərinin sahibi olduğu bildirilir.

Hadisəni törədən şəxsin axtarışları istiqamətində iş aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

Şərhlər