Masazırda kişi öz qardaşını bıçaqlayıb

Kriminal
15 Jun 2019, 05:19
8,188

Abşeron rayonunun Masazır qəsəbəsində iki qardaşın mübahisəsi bıçaqlanma ilə bitib.

Qəsəbə sakini 1995-ci il təvəllüdlü Ağayev İsmayıl Şirvan oğlu mübahisə zamanı qardaşı tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

ŞƏRH YAZ