Ana səhifə Kriminal Toyda kütləvi dava zamanı 2 nəfər bıçaqlanıb
Ölçünü dəyiş

Toyda kütləvi dava zamanı 2 nəfər bıçaqlanıb

Kriminal
19 İyun 2019, 05:25
72 görüntü
0
Paylaş:

Abşeronda toyda baş verən kütləvi dava zamanı 2 nəfər bıçaqlanıb.

Hadisə Fatmayi kəndində keçirilən toy məclisində qeydə alınıb.

Həyətdə qurulan çadırda baş tutan toyda qonaqlar arasında kütləvi dava olub. Bu zaman 1987-ci il təvəllüdlü Əliyev Osman Mirzəbala oğlu və 1986-cı il təvəllüdlü Şiriyev Orxan Allahverən oğlu 32 yaşlı Elxan Heydərov tərəfindən bıçaqlanıb.

Yaralılar dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. O.Şiriyevə qarının kəsilmiş-deşilmiş yarası, O.Əliyevə isə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Onlar təcili olaraq cərrahi əməliyyat edilərək reanimasiya şöbəsinə yerləşdirilib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsi saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

Şərhlər