Azərbaycanlı ana öz uşaqlarını öldürdü

Kriminal
149
0
30 Apr 2018, 21:28
Rusiyanın Nijni-Novqorod şəhərində dəhşətli hadisə baş verib. Ana öz uşaqlarını xüsusi amansızlıqla öldürüb. 27 yaşlı Yelena Kərimova kirayə götürdüyü avtomobildə dörd yaşlı qızı Xədicəni və iki yaşlı oğlu Süleymanı boğub. Daha sonra o, uşaqların cəsədini şəhərdən kənara çıxararaq, yandırıb. Azyaşlıların cəsədlərini köhnə tərəvəz bazasında aşkar ediblər. Qadının tapılması və tutulmasına baş vermiş hadisənin dolayı şahidi olan yerli sakin kömək edib.