Bakıda "Küləyə qalib gəl!" şüarı altında marafon keçirilib

Cəmiyyət
76
0
13 May 2018, 12:33
Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl!" şüarı altında marafon keçirilib. Marafonda 18 min nəfər iştirak edib. Onların sırasında 18 nəfər əlilliyi olan şəxs də var. Yarışın start nöqtəsi Dövlət Bayraq Meydanı, finiş nöqtəsi isə Bakı Olimpiya Stadionudur və ümumi 21 km məsafəni əhatə edib. Qeyd edək ki, Bakıda ilk marafon yarışı eyni süar altında 2016-cı il mayın 1-də keçirilib.