Şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim edilib
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təmin olunması və məişət qayğılarının yaxşılaşdırılması davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncə şəhərində yeni yaşayış binasından olan daha 12 mənzili həmin ailələrə təqdim edib.
Yeni Gəncə yaşayış qəsəbəsində yerləşən mənzillərin açarlarının təqim edilməsi mərasimi keçirilib.
Bu il şəhid ailələrinə, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox - 626 mənzil təqdim edilib.
Tədbirdən sonra püşkatma yolu ilə müvafiq mənzillərin hansı ailələrə çatacağı müəyyənləşib və yeni mənzillərin açarları sahiblərinə təqdim edilib.
Qeyd edək ki, bu il şəhid ailələri və müharibə əlillərinə daha 934 mənzil verilməsi nəzərdə tutulub. Artıq 246 mənzilin açarları sahiblərinə təqdim edilib. Beləliklə, indiyədək nazirlik 6900-dək mənzili sahiblərinə təqdim edib.