Cəmiyyət
Pleyeri seçin:
27 sentyabr - Müqəddəs Zəfər ayının şərəf günüdür
Azərbaycanın dövlətçilik tarixinin milli təqvimində acılı və şirinli günləri sayla müqayisə edəndə qara rənglə boyanmış günlər çoxluq təşkil edir.
Lakin bir-birinə bağlı olan və biri digərini tamamlayan bu günlərin hər biri məhz xalqımızın milli dövlətçilik mübarizəsinə aid olduğu üçün onların hər biri həm də qəhrəmanlıq salnaməsidir.
Artıq üçüncü ildir ki, Anım Günü olaraq qeyd etdiyimiz 27 sentyabr tarixi Vətən müharibəsinin başlandığı gündür.
Bu gün ötən iki əsrdə Azərbaycanda cərəyan etmiş ictimai-siyasi və hərbi proseslərin məntiqi davamı, daha sərt, daha dəqiq və daha əzmli siyasi qərar əsasında milli təqvimimizdə özünə yer qazanan Şərəf və Şəhadət günüdür.
Kopyalandı
Seçilmişlər