Cəmiyyət
Pleyeri seçin:

31 Mart soyqırımından 106 il keçir

31 mart 2024

Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 106 il ötür.

1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib.

Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib.

Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.

Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər.

Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Qarabağda minlərlə kəndi yandırıb, onminlərlə insanı vəhşicəsinə qətlə yetiriblər.

1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub.

1998-ci il martın 26-da Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu münasibətlə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir.

Kopyalandı
Göygöldə əsrlərdir yaşadılan sənət | Usta işin sirlərini açdı

Göygöldə əsrlərdir yaşadılan sənət | Usta işin sirlərini açdı

Cəmiyyət
23 noyabr 2024
Hansı hallarda çay və qəhvə içmək olmaz? | Alimlərdən açıqlama

Hansı hallarda çay və qəhvə içmək olmaz? | Alimlərdən açıqlama

Cəmiyyət
23 noyabr 2024
Çətin relyefli ərazilərdə xidmət necə aparılır?

Çətin relyefli ərazilərdə xidmət necə aparılır?

Cəmiyyət
23 noyabr 2024
Hərbi ekspert Azərbaycana qaytarılan kəndlərdən danışdı

Hərbi ekspert Azərbaycana qaytarılan kəndlərdən danışdı

Cəmiyyət
23 noyabr 2024
Aldığı məhsul müştərini çaşbaş qoydu

Aldığı məhsul müştərini çaşbaş qoydu

Cəmiyyət
23 noyabr 2024
Bu hərəkət iflicə səbəb olur | Neyrocərrahdan ciddi xəbərdarlıq

Bu hərəkət iflicə səbəb olur | Neyrocərrahdan ciddi xəbərdarlıq

Cəmiyyət
23 noyabr 2024
Qarabağ Universitetində möhtəşəm konsert keçirildi

Qarabağ Universitetində möhtəşəm konsert keçirildi

Cəmiyyət
23 noyabr 2024
Qazaxın azad olunan Xeyrimli kəndindən ən yeni görüntülər

Qazaxın azad olunan Xeyrimli kəndindən ən yeni görüntülər

Cəmiyyət
23 noyabr 2024
İnsan skeletinin inkişaf planı açıqlandı | Xəritələr çəkildi, görün nələr ortaya çıxdı

İnsan skeletinin inkişaf planı açıqlandı | Xəritələr çəkildi, görün nələr ortaya çıxdı

Cəmiyyət
23 noyabr 2024
Şamaxıda görənləri heyrətə gətirən təbiət mənzərəsi

Şamaxıda görənləri heyrətə gətirən təbiət mənzərəsi

Cəmiyyət
22 noyabr 2024
Seçilmişlər
icon