Cəmiyyət
Pleyeri seçin:

Nazir Elina intihar edən gün baş verənləri açıqladı - Üç nəfər işdən qovulub

12 aprel 2019 28510 baxış

Təhsil naziri Ceyhun Bayramov Bakı şəhərindəki 162 nömrəli tam orta məktəbin şagirdi Elina Hacıyevanın intihar etməsi ilə bağlı mətbuat konfransı keçirib.

Konfransda məktəbdə baş verən hadisə barədə xidməti araşdırmanın nəticələri açıqlanıb.

Nazir bildirib ki, baş vermiş hadisənin təfərrüatının dərhal araşdırılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsində komissiya yaradılıb, Bakı şəhər Prokurorluğunun məlumatına əsasən, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

“Xidməti araşdırmanın ilkin nəticələrinə əsasən, məktəbin direktoru Abbasova Sevinc Kamil qızı xidməti araşdırma müddətində öz vəzifəsindən kənarlaşdırılıb.

Eyni zamanda, hadisənin baş vermə şəraitinin, səbəblərinin və digər təfərrüatının kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə geniş müzakirə edildiyini, bəzi hallarda bir-birinə zidd olan və yoxlanılmamış məlumatlar əsasında fərziyyə və ehtimalların irəli sürüldüyünü, baş vermiş hadisənin həssaslığını və faktla bağlı cinayət işi üzrə istintaq tədbirlərinin aparıldığını nəzərə alaraq, müvafiq komissiya tərəfindən aparılan xidməti araşdırma başa çatanadək nəticələrin ictimaiyyətə açıqlanmaması zərurəti yaranıb.

Belə ki, məktəbin VIII sinif şagirdi Hacıyeva Elina Ədalət qızı və onun valideynləri ilə müvafiq izahat işlərinin aparılması lazımi səviyyədə təşkil edilməyib, psixoloqun rəyinə əsasən vaxtaşırı olaraq özünə qapanan şagirdə qarşı xüsusi həssaslıqla yanaşılmayıb, şagirdlə əvvəllər olan ünsiyyətlərdən, onun davranış xüsusiyyətləri, ruhi-emosional vəziyyətinin səbəbləri ilə dərindən maraqlanılmayıb, ailə üzvləri ilə yaxından əməkdaşlıq edərək ona psixoloji-mənəvi dəstək göstərilməsinə laqeyd yanaşılıb.

Şagirdin sinfə və ya məktəbə bu və ya digər səbəbdən uyğunlaşmaması, bunun nəticəsində onun digər şagirdlərlə, sinif rəhbəri və müəllim heyəti ilə səmimi ünsiyyətinin qurulmaması, baş verənlərin şagirdin yeniyetmə dövrünə təsadüf etdiyindən davranışına təsir etməsi təlim-tərbiyə prosesində nəzərə alınmayıb.

Hadisənin baş verdiyi gün məktəb rəhbərliyinin məsuliyyətsizliyi səbəbindən məktəbdə növbətçilik təmin olunmayıb, bununla yanaşı, məktəb rəhbərliyi hadisədən dərhal sonra adekvat və zəruri tədbirlərin görülməsini də təmin etməyib”, - deyə Ceyhun Bayramov qeyd edib.

Nazir bildirib ki, hadisə baş verən məktəbin direktoru işdən çıxarılıb. Sözügedən məktəbə təcrübəli psixoloqun təyin edilməsi barədə göstəriş verilib:

“Xidməti araşdırmanın məlumatlarını nəzərə alaraq Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru və tərbiyə işləri üzrə direktorun müavini ilə əmək müqavilələrinə xitam verilməsi, şagirdin təhsil aldığı sinfin rəhbərinə qarşı müvafiq intizam tədbirlərinin görülməsi, məktəbin psixoloqunun işdən kənarlaşdırılması, məktəbə təcrübəli psixoloqun təyin edilməsi qərara alınıb”.

Kopyalandı
Aytən Səfərovanın düşdüyü qəzada həlak olan Ayxan torpağa tapşırıldı

Aytən Səfərovanın düşdüyü qəzada həlak olan Ayxan torpağa tapşırıldı

Cəmiyyət
19 aprel 2024 28510 baxış
Qoşulub kimlərəsə, nə etdiyi bilinmir | Dəhşətli qətlin təfərrüatı

Qoşulub kimlərəsə, nə etdiyi bilinmir | Dəhşətli qətlin təfərrüatı

Cəmiyyət
19 aprel 2024 28510 baxış
İcbari Tibbi Sığorta ilə bu əməliyyat ödənişsiz olacaq

İcbari Tibbi Sığorta ilə bu əməliyyat ödənişsiz olacaq

Cəmiyyət
19 aprel 2024 28510 baxış
Aytən Səfərovanın düşdüyü qəzada ölən oğlanın sevgilisi məzarının başında

Aytən Səfərovanın düşdüyü qəzada ölən oğlanın sevgilisi məzarının başında

Cəmiyyət
19 aprel 2024 28510 baxış
Sakinlər torpaq sürüşməsindən qorxub, evindən qaçır | İsmayıllı

Sakinlər torpaq sürüşməsindən qorxub, evindən qaçır | İsmayıllı

Cəmiyyət
19 aprel 2024 28510 baxış
Bakı Fransız Liseyindən valideynlərə məktub | Lisey bağlanır

Bakı Fransız Liseyindən valideynlərə məktub | Lisey bağlanır

Cəmiyyət
19 aprel 2024 28510 baxış
Ağstafanın kənd sakinləri illərdir susuzluqdan əziyyət çəkir | Qurumdan açıqlama

Ağstafanın kənd sakinləri illərdir susuzluqdan əziyyət çəkir | Qurumdan açıqlama

Cəmiyyət
19 aprel 2024 28510 baxış
Hərbi Dəniz Qüvvələrinin Xəzərdə təlimi | MN görüntülər yaydı

Hərbi Dəniz Qüvvələrinin Xəzərdə təlimi | MN görüntülər yaydı

Cəmiyyət
19 aprel 2024 28510 baxış
Bakıda sürücüləri tələyə salan yol | Nə yol nişanı var...

Bakıda sürücüləri tələyə salan yol | Nə yol nişanı var...

Cəmiyyət
19 aprel 2024 28510 baxış
Aidiyyəti qurumların iştirakı ilə vahid menyu tətbiq ediləcək

Aidiyyəti qurumların iştirakı ilə vahid menyu tətbiq ediləcək

Cəmiyyət
19 aprel 2024 28510 baxış
Seçilmişlər
icon