Cəmiyyət
Pleyeri seçin:

Qaxın Sarıbaş kəndində Ramazan bayramı qeyd olunub

06 iyun 2019 8258 baxış

Azərbaycanın ən ucqar kəndindən biri də Qax rayonunun Sarıbaş kəndidir.

Sirlərlə dolu, ecazkar və bir çox tarixi izləri gələcəyə daşıyan Sarıbaş kəndində Ramazan bayramı qeyd olunub.

Qaxdan İlisuya asanlıqla getmək olsa da, İlisu kəndindən Sarıbaşa çatmaq o qədər də asan deyil. Sarıbaş kəndinə qədər olan yeddi kilometrlik enişli və yoxuşlu yollarda təkcə "UAZ" markalı avtomobillər hərək edə bilir.

Bir çox özəlliklərə malik olan Sarıbaş kəndi, sanki dağların ətəyində salınmış kiçik şəhərciyi xatırladır. Qədim zamanlardan kənddə sosial obyektlərin və hər cür infrastrukturun mövcud olması bunu deməyə əsas verir. Belə ki, kənddə daim elektrik enerjisi olub. Hətta Azərbaycanda ilk su elektrik stansiyası da məhz bu kəndə quraşdırılıb. Sarıbaşda 360 şagird yerlik ümumorta məktəb binası, telefon qovşağı, 25 çarpayılıq xəstəxana, kitabxana və hələ də fəaliyyətinə davam edən 1954-cü ildə inşa olunan mədəniyyət evi var.

Dağlarla əhatə olunan Sarıbaş kəndi qış aylarında bürünən ağ örpəyi, yayda isə yaşıl yaylaqları ilə göz oxşayır.

“Ala göz”, “Qaya altı”, “Daş üçən”, “Çanaxor”, “Qarşı dağ”, “Günaxay” dağlarının əhatəsində yerləşən kəndin coğrafi mövqeyi elə seçilib ki, burada qış ayları daha sərt deyil, əksinə mülayim keçir. Sarıbaş kəndində əvvəllər 1000-dən çox sakin yaşayıb. Lakin 1964-cü ildə dağ kəndlərinin arana köçürülməsi qərarı ilə bu kəndin əhalisini aranda salınmış Cəlayır kəndinə köç etməyə məcbur edib.

Buna baxmayaraq, doğulub boya-başa çatdığı kəndi tərk edə bilməyən, bu kəndi yaşatmağa davam edən kənd sakinləri də var. Hazırda kənddə 30-a yaxın ailə yaşayır.

Qaxdan iyirmi, İlusu kəndindən yeddi kilometr şimal-qərbdə, böyük Qafqaz sıra dağlarının ətəyində yerləşən möcüzələr diyarı, hər daim qonaqlı-qaralı olub. Qədim Türk eli kimi bilinən Sarıbaş kəndi haqqındakı tarixi faktlar buraya bir çox elm xadimlərini cəlb edib. Belə ki, 1394-cü ildə Əmir Teymur şimala yol almaq üçün, XVIII əsrdə Nadir şah Dağıstanı fəth etmək üçün məhz Sarıbaş yolundan istifadə edib. Həmçinin, Sarıbaş Rusların Qafqaz xalqlarını imperiyaya tabe etdirmək üçün apardığı müharibələrə şahidlik edib.

İlisu sultanı Daniyal bəyin Qafqaz dağlılarının lideri Şeyx Şamilin "Azadlıq ordusu"na məhz Sarıbaşdan keçərək qoşulması da tarixi faktlardandır.

İlkin Piranov

Kopyalandı
"Prius"ların qiyməti getdikcə ucuzlaşır? | Səbəb nədir?

"Prius"ların qiyməti getdikcə ucuzlaşır? | Səbəb nədir?

Cəmiyyət
19 aprel 2024 8258 baxış
Aytən Səfərovanın düşdüyü qəzada həlak olan Ayxan torpağa tapşırıldı

Aytən Səfərovanın düşdüyü qəzada həlak olan Ayxan torpağa tapşırıldı

Cəmiyyət
19 aprel 2024 8258 baxış
Qoşulub kimlərəsə, nə etdiyi bilinmir | Dəhşətli qətlin təfərrüatı

Qoşulub kimlərəsə, nə etdiyi bilinmir | Dəhşətli qətlin təfərrüatı

Cəmiyyət
19 aprel 2024 8258 baxış
İcbari Tibbi Sığorta ilə bu əməliyyat ödənişsiz olacaq

İcbari Tibbi Sığorta ilə bu əməliyyat ödənişsiz olacaq

Cəmiyyət
19 aprel 2024 8258 baxış
Aytən Səfərovanın düşdüyü qəzada ölən oğlanın sevgilisi məzarının başında

Aytən Səfərovanın düşdüyü qəzada ölən oğlanın sevgilisi məzarının başında

Cəmiyyət
19 aprel 2024 8258 baxış
Sakinlər torpaq sürüşməsindən qorxub, evindən qaçır | İsmayıllı

Sakinlər torpaq sürüşməsindən qorxub, evindən qaçır | İsmayıllı

Cəmiyyət
19 aprel 2024 8258 baxış
Bakı Fransız Liseyindən valideynlərə məktub | Lisey bağlanır

Bakı Fransız Liseyindən valideynlərə məktub | Lisey bağlanır

Cəmiyyət
19 aprel 2024 8258 baxış
Ağstafanın kənd sakinləri illərdir susuzluqdan əziyyət çəkir | Qurumdan açıqlama

Ağstafanın kənd sakinləri illərdir susuzluqdan əziyyət çəkir | Qurumdan açıqlama

Cəmiyyət
19 aprel 2024 8258 baxış
Hərbi Dəniz Qüvvələrinin Xəzərdə təlimi | MN görüntülər yaydı

Hərbi Dəniz Qüvvələrinin Xəzərdə təlimi | MN görüntülər yaydı

Cəmiyyət
19 aprel 2024 8258 baxış
Bakıda sürücüləri tələyə salan yol | Nə yol nişanı var...

Bakıda sürücüləri tələyə salan yol | Nə yol nişanı var...

Cəmiyyət
19 aprel 2024 8258 baxış
Seçilmişlər
icon