Fuad Abbasov Bakıya deportasiya edilib

Cəmiyyət
26 Jun 2019, 01:32
13.1k

Rusiyada həbsdə olan jurnalist Fuad Abbasov azadlığa buraxılaraq Azərbaycana deportasiya edilib. Jurnalist axşam saatlarında Bakıya çatıb.

Onu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ailə üzvləri, yaxınları qarşılayıb.

Fuad Abbasov səhhətində problemin olmadığını, qısa zamanda baş verənlərlə bağlı mətbuat konfransı keçirəcəyini bildirib.

Jurnalist Fuad Abbasov fəaliyyətində heç bir dəyişikliyin olmayacağını, Rusiyada olduğu kimi Azərbaycanda da eynilə işlərini davam etdirəcəyini deyib.

Qeyd edək ki, Rusiyada yaşayan və fəaliyyət göstərən jurnalist F.Abbasov mayın 16-da miqrasiya qanunvericiliyini pozmaqda təqsirli bilinərək saxlanmışdı.

Mayın 28-də onun Azərbaycana deportasiyası nəzərdə tutulsa da, bu, qeyri-müəyyən səbəblərdən təxirə salınmışdı. Jurnalist Fuad Abbasov bu gün Vnukovo hava limanından Azərbaycan Hava Yollarının Moskva-Bakı reysi ilə Azərbaycana gəlib.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

ŞƏRH YAZ