Cəmiyyət
Pleyeri seçin:
Adil Əliyevin güllələnmə hadisəsinə reaksiyası
“Millət vəkilləri istəsələr, silahla təmin oluna bilərlər. Ancaq Azərbaycanda ciddi olaylar olmadığı üçün deputatlar silahdan istifadə üçün müraciət etməyiblər”.
Bu sözləri Milli Məclisin sədr müavini Adil Əliyev Fazil Mustafaya qarşı silahlı hücuma münasibət bildirərkən deyib. A.Əliyev qeyd edib ki, Azərbaycanda sabitliyi pozmaq istəyən qüvvələr ölkədə çaxnaşma yaratmağa cəhd edirlər.
“Bu gün ölkəmizə gələn turistlər belə Azərbaycanın ən təhlükəsiz ölkə olduğunu vurğulayırlar”, - deyə o əlavə edib.
Kopyalandı
Seçilmişlər