Cəmiyyət
Pleyeri seçin:
Bakıda mühüm tədbir | Beynəlxalq Gənclər Forumunun fəaliyyətə başlamasının önəmi
“Forumda dörd müxtəlif mövzuda panel müzakirələri keçiriləcək ki, orada xarici qonaqlarla yanaşı, yerli mütəxəssislər də iştirak edəcəklər”.
Bunu Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İctimai Birliyinin (ADTGT) sədri Asif Əsgərli Bakıda COP29-a beynəlxalq ictimai dəstək üçün keçirilən “Gənc Liderlər Vasitəsilə Ətraf Mühit Siyasətinin Dəstəklənməsi” adlı Beynəlxalq Gənclər Forumu çərçivəsində jurnalistlərə açıqlama verərkən deyib.
O qeyd edib ki, gənclər iqlim məsələləri, eləcə də COP29-la bağlı beynəlxalq ictimaiyyətə çağırış edəcəklər:
“Dünyada ətraf-mühit siyasəti ilə bağlı hökumət qurumları ilə yanaşı, QHT-lərin də rolu artıb və biz həm də QHT-lərin bu istiqamətdəki roluna töhfə vermək üçün belə bir tədbir təşkil etmişik”.
Kopyalandı
Seçilmişlər