Pleyeri seçin:
Bakının bu küçəsində yenilik edildi | Piyadalar və sürücülərin nəzərinə
Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədilə Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində, metronun “8 Noyabr” stansiyasının yaxınlığında yeni piyada işıqforları quraşdırılıb.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında qeyd olunub.
Bildirilib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yola piyada zolağı çəkilib. Bununla da yoldan istifadə edən piyadaların rahat gediş-gəlişi təmin olunub.
Həm yaxınlıqda yaşayan sakinlər, həm də metrodan istifadə edən sərnişinlər piyada qismində artıq bu yoldan daha rahat şəkildə keçirlər.
Kopyalandı
