“Bayıl Bay”in tikintisində nələrə üstünlük verilib? | Paytaxtımızda yaşıl inşaat nümunəsi
Noyabrın 20-də COP29 çərçivəsində “Yaşıl inşaat”, “Binalarda Enerji Səmərəliliyi” və “Şəhərlərdə İqlim Dayanıqlılığı” mövzusunda yüksək səviyyəli dəyirmi masa keçirilib.
Tədbirdə yerli və xarici şirkətlər, o cümlədən “Kempinski Residences Bayil Bay” şirkəti də iştirak edib.
Bakı buxtasının yaxınlığında yerləşən “Kempinski Residences Bayil Bay” layihəsi müasir memarlığın təbiətlə uzlaşdırılmasının uğurlu nümunəsidir. Bu layihə təkcə şəhərin memarlıq deyil, həm də ekoloji dayanıqlılığına töhfə verir.
“Kempinski Residences Bayil Bay”in tikintisində yaşıl zonalara, enerji səmərəliliyinə və sağlam şəhər mühitinin yaradılmasına üstünlük verilib.
“Kempinski Residences Bayil Bay” layihəsinin rəhbəri Ramil Məhərrəmov bildirib ki, şəhərlərdə təbii mühitin yaradılması son illərin trendidir. Bunun bariz nümunəsi isə “Kempinski Residences Bayil Bay” layihəsidir:
“Yaşayış kompleksində müasir memarlıq və təbiətin harmoniyasını vurğulamağa çalışmışıq. Bu layihə bizə Bakını daha da yaşıl və sağlam şəhər olaraq görəcəyimizə ümid verir”.
“Kempinski Residences Bayil Bay” layihəsi müasir yaşamı təşviq etməklə yanaşı, təbiəti dəstəkləmək üçün şəhərlərin necə inşa oluna biləcəyinə dair aydın ideya formalaşdırır və müasir memarlıqla təbiətin birgə vəhdətini sübut edir.
Qeyd edək ki, layihə çərçivəsində binaların davamlılıq təsirini qiymətləndirən və onların performansını yaxşılaşdırmaq üçün metodologiyanın tətbiq edilməsi planlaşdırılır.