Bəşəriyyətin dəhşətli sonu | Kainatın "ölümü" necə olacaq?
Kainatımız 13,8 milyard ildir mövcuddur və bütün bu müddət ərzində genişlənir, yəni ölçüsü artır. Lakin bu proses əbədi davam etməyəcək və fəlakətlə yekunlaşacaq.
Bu barədə "Live Science" yazır.
Bildirilir ki, onilliklər ərzində elm adamları kainatın gələcəkdə necə inkişaf edəcəyi və onun məhvinin nə vaxt baş verə biləcəyi ilə bağlı mübahisə edirlər.
Hazırda bunun necə baş verə biləcəyini göstərən iki əsas nəzəriyyə var. Böyük donma nəzəriyyəsinə görə, kainat trilyonlarla il ərzində daha sürətlə genişlənəcək. Nəhayət, ulduzlar və qalaktikalar təkamül inkişafının sonuna çatdıqda yox olmağa başlayacaq.
Ulduzlararası qaz o qədər incələşəcək ki, artıq yeni ulduzlar əmələ gəlməyəcək. Ulduzlar radiasiya və istilik yaymağı dayandıracaq. Hətta qara dəliklərin əmələ gəlməsi də dayanacaq. Beləliklə, kainat qaranlıq və soyuq olacaq.
Böyük böhran nəzəriyyəsinə görə isə kainat bir müddət genişlənəcək, lakin sonra kosmos ilkin vəziyyətinə qayıdana qədər daralmağa başlayacaq. Əvvəlcə qalaktika qrupları birləşəcək, sonra qalaktikaların özləri və bundan sonra bütün ulduzlar birləşəcək. Bütün bu müddət ərzində kainatdakı temperatur o qədər yüksələcək ki, bütün ulduzlar buxarlanacaq.
#Kosmik tədqiqatlar teqi istifadə olunub
- Kosmik nümunələrdə ilk dəfə qlükoza və riboza aşkarlanıb
- “Kosmik tədqiqat tariximizdə yeni fəsil açılır” | Cənubi Koreya Prezidenti
- Kosmik zibil hər an Yer kürəsinin istənilən nöqtəsinə düşə bilər
- Alimlər kosmosda bu "sirli qüvvə"nin izinə düşdü | Dünya bu faktdan danışır!
- Planetdə həyat necə başa çatıb? | Maraqlı tədqiqatın detalları üzə çıxdı
