Cəmiyyət
Pleyeri seçin:
Bizim nəsildə belə bir şey olmayıb | Qubada qeyri-adi körpə doğuldu
Qubada qeyri-adi uşaq doğlub. Hadisə Quba Regional Perinatal Mərkəzində qeydə alınıb.
Talabıqışlaq kəndindən olan Tahirovlar ailəsinin qeysəriyyə əməliyyatı ilə ikinci övladları dünyaya gəlib.
Yeni doğulan oğlan uşağının ağzında bir dişinin olması marağa səbəb olub. Ailə üzvləri vaxtsız dişin çıxmasına görə çağanın vəziyyətindən narahatlıq keçirirlər.
Quba Regional Perinatal Mərkəzinin direktoru Şəhla Həsənova bildirib ki, körpənin müayinəsi zamanı ana bətnində inkişaf etmiş diş aşkarlanıb və belə dişlər natal dişlər adlanır: “Natal dişlər hər 2000 uşaqdan birində rast gəlinən haldır”.
Kopyalandı
Seçilmişlər