Əlil qadın və ərinin ibrətlik sevgi hekayəsi Arzunu ağlatdı - ARZUNUN VAXTI
“Arzunun vaxtı” verilişinin yeni buraxılışının qəhrəmanları Şəmsəddin Zeynallı və Ayşən Zeynallı cütlüyü olub.
Həyat yoldaşının beyin əməliyyatı keçirəndən sonra səhhətində problemlər yarandığını söyləyən Şəmsəddin Zeynallı yaşadıqları çətinliklərdən bəhs edib.
“Ayşənin beynində törəmə var idi və buna görə əməliyyat olundu. Əməliyyatdan sonra isə səhhətində fəsadlar yarandı. Amma törəmə götürülməsəydi, daha ciddi problemlər yaranacaqdı. Əməliyyat zamanı Ayşən kliniki ölüm keçirdi. Həmin dövrdə həkimlər də mənə neqativ sözlər deyirdilər. Lakin özümü hər şeyin yaxşı olacağına inandırmışdım. Xəstəxanada qalanda da Ayşənə özüm baxırdım”, – deyə o əlavə edib.
Ayşən Zeynallı isə yoldaşına olan bağlılığından danışıb:
“Sol tərəfim işləmir, ərim mənim sol yanımdır. Bütün işlərimi yoldaşım görür. Gözüm hər yerdə Şəmsəddini axtarır, onsuz qala bilmirəm. Bəzən fizioterapiya edəndə yoruluram, amma sevdiklərimi düşünüb davam edirəm”.
