Ermənilərin Zəngilanda yaraladığı hərbçi barədə xəstəxanadan açıqlama
“Sərhəd döyüş məntəqəmizdə xidməti vəzifəmi yerinə yetirirdim. Qarşıdakı düşmən postlarının müşahidəsini aparırdıq. Bu zaman tək bir atəş səsi eşitdim. Həmin an huşumu itirdim”.
Bunu şərti dövlət sərhədinin Zəngilan istiqamətində Ermənistanın təxribatı nəticəsində yaralanan hərbi qulluqçu, 2001-ci il təvəllüdlü Pərviz Xəlilzadə deyib.
Hazırda xəstəxanada müalicəsini davam etdirən əsgər əməliyyat olunduğunu bildirib.
“Yavaş-yavaş səhhətim düzəlir. Sərhədçi olduğum üçün fəxr edirəm. Vətən sağ olsun”, – o söyləyib.
Qeyd edək ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının şöbə müdiri Rasim Quliyev verdiyi açıqlamada xəstənin bədənindən çıxardıqları güllənin hərbi mütəxəssislərin ilkin rəyinə görə, xarici ölkələrdə istehsal olunmuş snayper gülləsi olduğunu deyib.