Cəmiyyət
Pleyeri seçin:
Gəncə terrorunun canlı şahidləri: Anaların ürəyi dağlı qalıb
Vətən müharibəsi zamanı Ermənistanın Gəncədə törətdiyi 5-ci terror hadisəsindən üç il ötür.
Raket hücumu nəticəsində yaxınlarını itirən Gəncə sakinləri Baku TV-yə həmin dəhşətli gecədən danışıblar.
Babası terror qurbanı olan Gülçin Ağayeva deyir ki, qonşularının köməyi ilə xəstəxanaya çatdırılıb: “Xəstəxanaya gedəndə gördüm ki, babamdan başqa ailəmin bütün üzvləri sağdır. Həmin gecə o, şəhid oldu”.
17 oktyabrda şəhid olanlardan 4-ü Ramiz Qəhrəmanovun ailə üzvləridir. O həmin gecə yaşananları belə xatırlayıb: “Oyandım ki, başımın üstündə tavan yoxdur. Döşəmə də dağılmışdı. Qızımı və üç nəvəmi itirdim”.
Kopyalandı
Seçilmişlər