Cəmiyyət
Pleyeri seçin:
Həbs edilən partiya sədri ilə bağlı son qərar açıqlandı
Azərbaycan Yüksəliş Partiyasının dələduzluqda ittiham olunan sədri Anar Əsədli barəsində həbs qətimkan tədbirinin seçilməsi qərarından verilən şikayətə baxılıb.
Apellyasiya məhkəməsinin hakimi Ziya Şirinovun icraatında baxılan şikayət təmin edilməyib, əsassız sayılaraq rədd olunub. Nərimanov Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham irəli sürülüb, barəsində 2 ay 23 günlük həbs qətimkan tədbiri seçilib.
Kopyalandı
Seçilmişlər