Mənim imkanım yoxdur ki... | Məktəblə bağlı bu xəbər valideynləri özündən çıxardı
Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbdə lisey yaradılması xəbəri valideynlərin etirazına səbəb olub.
Onlar bildiriblər ki, övladları digər təhsil ocaqlarına köçürüləcəyi təqdirdə ciddi problemlə üz-üzə qalacaqlar.
“Şəhərin mərkəzində olan məktəbdir, 1000-dən çox şagird təhsil alır. Buranı pullu məktəb etmək istəyirlər. Bəs kasıb-kusubun uşağı hara gedəcək?”, – deyə valideynlərdən biri narazılığını dilə gətirib.
Məktəbin direktoru Vüqar Nəsirov bildirib ki, lisey layihəsi ilə bağlı müzakirələr olunub:
“Rayonumuz üçün vacib layihələrdən hesab olunur. Valideynləri də başa düşmək olar, yerdəyişmə ilə əlaqədar narahatdırlar. Ona görə də sözügedən layihə başqa bir yerdə həyata keçiriləcək. Artıq bu barədə Regional Təhsil İdarəsindən və Rayon Təhsil Sektorundan mənə məlumat verilib”.
#Kürdəmir teqi istifadə olunub
- “Biri yerdə idi, qatarın üstündə...” | 15 yaşlı yeniyetmə dəhşət yaşadı - Baku TV
- “Girib hamısını məhv ediblər” | Kürdəmir sakini dəhşətli hücumdan danışdı - Baku TV
- "Təkcə ərimi çıxara bildik oradan" | Fəryad edən sakinlər dəhşətli hadisəni danışdı - Baku TV
- İki KAMAZ toqquşdu, biri aşdı
- Kürdəmirdə canavarlar təsərrüfata hücum çəkdi | "15-16 baş heyvanımı yeyib"
