"Ətrafım narkomanlarla dolu idi" | Küçə həyatı yaşayan oğlanın başına nələr gəlib? | ARZUNUN VAXTI
“Arzunun vaxtı” verilişinin budəfəki qəhrəmanı ömrünün 17 ilini küçələrdə keçirmiş Vüqar Əliyev olub.
O, həyatında yaşadığı çətinliklərdən söz açıb:
“Atamı heç vaxt görməmişəm, 8 yaşımda isə anamı itirmişəm. O, dünyasını dəyişəndən sonra 7-ci sinfə qədər internatda qalmışam. Sonra böyük qardaşım mənə baxdı. Hərbi xidmətimi başa vuranda mənə artıq öz ayaqlarımın üstündə durmalı olduğumu dedi. O gündən etibarən küçələrdə qaldım. Ətrafım narkomanlarla dolu olsa da, özüm heç vaxt narkotikdən istifadə etməmişəm”.
Vüqar Əliyev həmçinin anasına olan həsrətindən danışıb:
“Anam xərçəng xəstəliyindən dünyasını dəyişib. Uşaqlıqdan onun sevgisinin həsrətini çəkmişəm. Hər zaman anamın məzarını ziyarət edir, dərdlərimi danışıram. Elə olub ki, günlərlə onun məzarı üstündə ağlayaraq yatıb qalmışam”.
site.tag_news
