Ana səhifə Dünya ABŞ-da təyyarə qəzasında 7 nəfər ölüb
Ölçünü dəyiş

ABŞ-da təyyarə qəzasında 7 nəfər ölüb

Dünya
03 Oktyabr 2019, 05:13
2,948 görüntü
0
Paylaş:
ABŞ-ın Bradley beynəlxalq hava limanında II Dünya Müharibəsi təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı yeddi nəfər ölüb.
 
Federal Aviasiya Administrasiyasından (FAA) verilən məlumata görə, "Boeing B-17" təyyarəsi səhər saat 9.54-də uçuş-enmə zolağının sonunda yerə enmək istəyərkən havaya tüstü boşluğu buraxaraq qəzaya uğrayıb.
 
Rəsmilərin verdiyi açıqlamada təyyarədə 10 nəfər sərnişin və üç heyət üzvü olub.
 
Qəza zamanı təyyarədə olan 13 nəfər və yerdəki bir nəfər hava limanı işçisi də daxil olmaqla, ümumilikdə 14 nəfər yaralanıb.
 
Hadisə yerinə xeyli sayda təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb edilib.
 
Yaralıların bir neçəsinə hadisə yerində ilkin tibbi yardım göstərilib. 7 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Vəziyyəti ağır olan yaralılar isə xəstəxanaya yerləşdirilib.
 
Qəzanın baş vermə səbəbi hələlik məlum deyil.
 
Kamil Əmirli
Şərhlər