Ana səhifə Dünya ABŞ-da təyyarə qəzaya uğrayaraq evə çırpılıb
Ölçünü dəyiş

ABŞ-da təyyarə qəzaya uğrayaraq evə çırpılıb

Dünya
08 Noyabr 2019, 04:51
1,866 görüntü
0
Paylaş:

Amerikanın Kaliforniya şəhərində təyyarə qəzası baş verib.

Hadisə Kaliforniyanın cənubunda qeydə alınıb. Birmühərrikli "Cirrus SR22" təyarəsi San-Bernandino ərazisində qəzaya uğrayıb. Daha sonra təyyarə evlərdən birinin üstünə düşüb.

Qəza zamanı təyyarənin pilotu həlak olub. Zərbənin təsirindən evdə yanğın başlayıb. Əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib. Onlar evdə olan ata və övladını təxliyyə edib.

Təyyarənin hansı səbəbdən qəzaya uğraması araşdırılır.

Kamil Əmirli

Şərhlər