Dünya
Pleyeri seçin:

Gürcüstanda filmə qarşı etirazlar keçirilib

09 noyabr 2019 4752 baxış
Gürcüstanın Tbilisi və Batumi şəhərlərində etiraz aksiyası keçirilib.
Etirazlara səbəb “Amirani” kinoteatrında yayımlanan İsveç-Gürcüstan istehsalı olan “Daha sonra biz rəqs etdik” filmi olub.
Ekran işinin mövzusu iki kişinin qeyri-ənənəvi cinsi oriyentasiyası haqqında olduğundan yüzlərlə insan filmə etiraz edib.
“Gürcüstan marşı” milli hərəkatının lideri Sandro Berqadze bildirib ki, aksiyaçılar filmin heyətinə yox, ekran əsərində olan hadisələrə etiraz edib.
Bir qrup etirazçı üzərində “LGBT-yə yox” yazılmış bayraqları yandırıb. Onlar daha sonra pirotexniki vasitələr partladıb. Nəticədə bir neçə polis əməkdaşı xəsarətlər alıb.
Aksiyaların keçirildiyi ərazilərə xeyli sayda polis və xüsusi təhlükəsizlik xidməti əməkdaşları cəlb olunub. Polis etirazçıların kinoteatr binasına daxil olmasının qarşısını almaq üçün canlı sədd yaradıb.
Etiraz aksiyası Tbilisi ilə yanaşı, Batumi şəhərində, “Apollo” kinoteatrı yaxınlığında da keçirilib.
Filmin ölkədə nümayişlərinə Gürcüstan Patriarxlığı da etiraz edib.
Gürcüstan daxili işlər nazirliyindən verilən məlumata görə, hüquq-mühafizə orqanının əməkdaşının qanuni əmrinə tabe olmamaq və kiçik xuliqanlıq maddələri ilə 28 nəfər saxlanılıb. Onlardan 25 nəfəri Tbilisi, 3 nəfər isə Batumi sakinləridir.
Kamil Əmirli
Kopyalandı
İsrail və İran xalqa göstərmək istəyirdi ki... | İsfahandakı partlayışın əsl səbəbi

İsrail və İran xalqa göstərmək istəyirdi ki... | İsfahandakı partlayışın əsl səbəbi

Dünya
19 aprel 2024 4752 baxış
Naməlum şəxs İranın Parisdəki konsulluğunda təhlükə yaratdı

Naməlum şəxs İranın Parisdəki konsulluğunda təhlükə yaratdı

Dünya
19 aprel 2024 4752 baxış
Zelenskiyə qarşı sui-qəsd hazırlanır? - Qərbin onu aradan götürmək…

Zelenskiyə qarşı sui-qəsd hazırlanır? - Qərbin onu aradan götürmək…

Dünya
19 aprel 2024 4752 baxış
“Forbes” jurnalı Rusiyanın ən zəngin milyarderlərinin illik reytinqini təqdim etdi

“Forbes” jurnalı Rusiyanın ən zəngin milyarderlərinin illik reytinqini təqdim etdi

Dünya
19 aprel 2024 4752 baxış
Kitabı 105 il sonra qaytardı, 14 min dollarlıq cərimə ödəməlidir

Kitabı 105 il sonra qaytardı, 14 min dollarlıq cərimə ödəməlidir

Dünya
19 aprel 2024 4752 baxış
İsrailin zərbələri İrana təsir etmədi? | Hərbi rəisdən açıqlama

İsrailin zərbələri İrana təsir etmədi? | Hərbi rəisdən açıqlama

Dünya
19 aprel 2024 4752 baxış
İrəvanda terror həyəcanı yaşandı | Tələbələr və müəllimlər təxliyə edildi

İrəvanda terror həyəcanı yaşandı | Tələbələr və müəllimlər təxliyə edildi

Dünya
19 aprel 2024 4752 baxış
Çinin Tayvanla bağlı qərarı qətidir… | ABŞ kəşfiyyatından açıqlama

Çinin Tayvanla bağlı qərarı qətidir… | ABŞ kəşfiyyatından açıqlama

Dünya
19 aprel 2024 4752 baxış
Rusiyanın hərbi təyyarəsini Ukrayna vurdu? | Ölən və yaralananlar var

Rusiyanın hərbi təyyarəsini Ukrayna vurdu? | Ölən və yaralananlar var

Dünya
19 aprel 2024 4752 baxış
Fələstin BMT-yə üzv ola bilmədi? | Nəticələr açıqlandı

Fələstin BMT-yə üzv ola bilmədi? | Nəticələr açıqlandı

Dünya
19 aprel 2024 4752 baxış
Seçilmişlər
icon