Dünya
Pleyeri seçin:

Ərdoğan Ağ Evdə Trampla görüşüb

14 noyabr 2019 144 baxış

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikaya rəsmi səfər edib.

Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanı Ağ Evdə Donald Tramp və xanımı Melania Tramp qarşılayıb.

Qarşılanma mərasimindən sonra iki ölkə rəhbəri mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandırıb, bir sıra məsələlərlə bağlı müzakirələr aparıb.

Konfransda çıxış edən Tramp bildirib ki, Türkiyə ABŞ-ın NATO-dakı müttəfiqi və həmçinin, strateji tərəfdaşıdır.

Tramp türkiyəli həmkarı ilə Suriya məsələsini ətraflı müzakirə etdiyini açıqlayıb. ABŞ prezidentinin sözlərinə görə, Türkiyə tərəfinin Rusiyadan aldığı S-400 hava müdafiə kompleksi ilə bağlı danışıqlar davam etdiriləcək.

R.T.Ərdoğan çıxışında bildirib ki, D.Trampla Suriya məsələsi, beynəlxalq terrorizmlə mübarizə, İŞİD və digər terror təşkilatlarına qarşı birgə mübarizə məsələlərini müzakirə edib. Tramp Suriya məsələsinə xüsusi toxunaraq həmin bölgədə atəşkəsin davam etdiyini qeyd edib.

Ərdoğan bildirib ki, bu gün Türkiyədəki həbsxanalarda, eləcə də Suriyanın Türkiyə tərəfindən nəzarətdə olan bölgələrdəki saxlama təcridxanalarında təxminən 2200 İŞİD terrorçusu saxlanılır.

Türkiyə prezidenti həmçinin qeyd edib ki, Türkiyə tərəfi heç bir milli və dini ayrıseçkiliyə yol vermədən ancaq terror təşkilatları ilə mübarizə aparır.

Ərdoğan görüş əsnasında həmçinin, 2016-cı il 15 iyul tarixində dövlət çevrilişinə cəhddə Fətullah Gülənin başçılığı ilə terror aktlarında baş verənləri xatırladıb və Gülənin Türkiyəyə qaytarılmasını istəyib.

Türkiyə prezidenti oktyabrın 29-da ABŞ Nümayəndələr Palatasının “qondarma erməni soyqırımı” ilə bağlı verdiyi qərardan Türkiyə

tərəfinin qəzəbli olduğunu deyib və bunun iki ölkə arasında mövcud əlaqələrə olduqca mənfi təsir göstərə biləcəyini qey edib.

R.T.Ərdoğan Türkiyənin bu mövzuda ortaq dialoqun, arxivlərin açılmasının tərəfdarı olduğunu vurğulayıb.

Kamil Əmirli

Kopyalandı
Ukraynada Vardanyanla bağlı müraciətə etiraz | Separatçılığı dəstəkləyən…

Ukraynada Vardanyanla bağlı müraciətə etiraz | Separatçılığı dəstəkləyən…

Dünya
24 aprel 2024 144 baxış
Ukrayna Rusiya neft emalı zavoduna hücum etdi | Əhaliyə müraciət edildi

Ukrayna Rusiya neft emalı zavoduna hücum etdi | Əhaliyə müraciət edildi

Dünya
24 aprel 2024 144 baxış
NATO-nun bu qərarı Zaxarovanı özündən çıxardı

NATO-nun bu qərarı Zaxarovanı özündən çıxardı

Dünya
24 aprel 2024 144 baxış
Timur İvanov məhkəmədə nə danışdı? - Rusiyada qalmaqallı hadisə

Timur İvanov məhkəmədə nə danışdı? - Rusiyada qalmaqallı hadisə

Dünya
24 aprel 2024 144 baxış
Baş katibdən Ermənistanın KTMT-dən çıxması barədə açıqlama

Baş katibdən Ermənistanın KTMT-dən çıxması barədə açıqlama

Dünya
24 aprel 2024 144 baxış
Podolyakdan müharibə anonsu | Rusiya və Avropa arasında nə baş verdi?

Podolyakdan müharibə anonsu | Rusiya və Avropa arasında nə baş verdi?

Dünya
24 aprel 2024 144 baxış
Rusiyanın müdafiə nazirinin müavinini 15 il həbs gözləyir

Rusiyanın müdafiə nazirinin müavinini 15 il həbs gözləyir

Dünya
24 aprel 2024 144 baxış
Bu siyahı Rusiyanı qəzəbləndirəcək | Ukraynaya görünməmiş dəstək

Bu siyahı Rusiyanı qəzəbləndirəcək | Ukraynaya görünməmiş dəstək

Dünya
23 aprel 2024 144 baxış
Dönər almanların milli yeməyi olub | Prezidentdən səmimi sözlər

Dönər almanların milli yeməyi olub | Prezidentdən səmimi sözlər

Dünya
23 aprel 2024 144 baxış
Blinkenə gözlənilməz sual | Niyə bu məsələlərdə ədalətsizsiniz?

Blinkenə gözlənilməz sual | Niyə bu məsələlərdə ədalətsizsiniz?

Dünya
23 aprel 2024 144 baxış
Seçilmişlər
icon