Pleyeri seçin:

ABŞ Administrasiyasında narazılıq artıb | Neft və qaz qiymətləri yüksəlir - Baku TV

17 may 2026 109 baxış

Donald Trampın Administrasiyasında İranla bağlı gələcək addımlar məsələsində vahid mövqe yoxdur.

Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Telekanalın bildirdiyinə görə, Ağ Ev daxilində fikir ayrılığı Trampın Çinə səfərindən sonra daha da güclənib. Vaşinqton isə həmin səfərdən İran məsələsində irəliləyiş gözləyirdi.

CNN yazır ki, Administrasiya nümayəndələrinin bir hissəsi, o cümlədən Pentaqon əməkdaşları İrana qarşı daha sərt yanaşmanı dəstəkləyir və hərbi zərbələri mümkün sayır. Digər rəsmilər isə Amerika Birləşmiş Ştatlarının İranla danışıqları davam etdirməsinin vacib olduğunu düşünürlər.

Mənbələrin sözlərinə görə, Tramp Hörmüz boğazının bağlı qalmasından narazıdır. Bildirilir ki, bu vəziyyət ABŞ-də neft və benzin qiymətlərinin artmasına səbəb olur.

Bu arada Ağ Evin nümayəndəsi Anna Kelli qeyd edib ki, Prezident Tramp bütün variantları nəzərdən keçirir. Bununla belə, onun əsas üstünlük verdiyi yol diplomatiyadır.

“The New York Times” isə mənbələrə istinadən ABŞ və İsrailin İrana qarşı mümkün yeni zərbələrə hazırlığı gücləndirdiyini yazıb.

Nəşrin məlumatına görə, Trampın komandası münaqişənin gərginləşəcəyi təqdirdə atılacaq addımlar, o cümlədən İranın hərbi obyektlərinə və infrastrukturuna daha sərt zərbələr endirilməsi ilə bağlı variantlar hazırlayıb.

Kopyalandı
ABŞ-İran dialoqu regiona necə təsir edəcək? - Baku TV

ABŞ-İran dialoqu regiona necə təsir edəcək? - Baku TV

Dünya
10 iyun 2026 109 baxış
Müharibə Ukraynanın xeyrinə gedir? | Sankt-Peterburqa dronlarla gələn görüş təklifi - Baku TV

Müharibə Ukraynanın xeyrinə gedir? | Sankt-Peterburqa dronlarla gələn görüş təklifi - Baku TV

Dünya
09 iyun 2026 109 baxış
Si Cinpin və Kim Çen In görüşündə diqqətçəkən məqamlar nələr oldu? - Baku TV

Si Cinpin və Kim Çen In görüşündə diqqətçəkən məqamlar nələr oldu? - Baku TV

Dünya
09 iyun 2026 109 baxış
İrəvanda seçki sonrası yeni mərhələ: Revanşistlər məğlubiyyəti niyə qəbul etmir? - Baku TV

İrəvanda seçki sonrası yeni mərhələ: Revanşistlər məğlubiyyəti niyə qəbul etmir? - Baku TV

Dünya
09 iyun 2026 109 baxış
Rusiya ordusunun yüksəkrütbəli zabiti həlak oldu | Sui-qəsdin arxasında kim durur? - Baku TV

Rusiya ordusunun yüksəkrütbəli zabiti həlak oldu | Sui-qəsdin arxasında kim durur? - Baku TV

Dünya
09 iyun 2026 109 baxış
İsrail Ordusunun hücumu nəticəsində ölən və yaralananlar var

İsrail Ordusunun hücumu nəticəsində ölən və yaralananlar var

Dünya
09 iyun 2026 109 baxış
Ermənistan seçkilərində Rusiya təzyiqi iddiası | Moskva prosesə necə müdaxilə etdi? - ANA XƏBƏR

Ermənistan seçkilərində Rusiya təzyiqi iddiası | Moskva prosesə necə müdaxilə etdi? - ANA XƏBƏR

Dünya
09 iyun 2026 109 baxış
Türkiyə sərhədi açmağa hazırlaşır, yoxsa Ermənistanın dəyişimlərini gözləyir? - AKTUAL GÜNDƏM

Türkiyə sərhədi açmağa hazırlaşır, yoxsa Ermənistanın dəyişimlərini gözləyir? - AKTUAL GÜNDƏM

Dünya
09 iyun 2026 109 baxış
Kişiləri döyməyi biznesə çevirən qadın | “2027-ci ilədək ən azı 1000 kişini...”

Kişiləri döyməyi biznesə çevirən qadın | “2027-ci ilədək ən azı 1000 kişini...”

Dünya
09 iyun 2026 109 baxış
Bu ərazidə məktəblər bağlandı | Ayı hücum etdi, qorxulu anlar yaşandı - Baku TV

Bu ərazidə məktəblər bağlandı | Ayı hücum etdi, qorxulu anlar yaşandı - Baku TV

Dünya
09 iyun 2026 109 baxış
Seçilmişlər
icon