ABŞ ilə münasibətlərin normallaşması Rusiya üçün prioritet məsələdir
NATO Rusiya sərhədlərinə yaxınlaşmasaydı, Ukraynada münaqişənin qarşısını almaq olardı.
TASS agentliyi xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
O xatırladıb ki, Rusiya iki dəfə NATO-ya üzv olmağa hazır olduğunu bəyan edib və hər ikisində imtina cavabı alıb.
"Tramp hakimiyyətdə olsaydı, Ukraynada müharibədən qaçmaq olardı", – Rusiya lideri Trampın öz tezisini təkrarlayaraq vurğulayıb.
O, Rusiya-Ukrayna müharibəsinə görə Avropanın məsuliyyət daşıdığını deyib: "Təəssüf ki, Ukraynada döyüşləri dayandırmaq hələ mümkün olmayıb, lakin buna görə məsuliyyət ilk növbədə Avropanın üzərinə düşür".
Rusiya lideri Avropanın artan hərbiləşdirilməsini diqqətlə izləydiyini sözlərinə əlavə edib və buna dərhal cavab verməklə bağlı qarşı tərəfi hədələyib. Vladimir Putin ABŞ ilə tamhüquqlu münasibətlərin bərpasının ölkənin milli maraqlarına uyğun olduğunu da bəyan edib.
Putin Donald Trampın hazırkı ABŞ administrasiyasının etdiyi kimi, öz prioritetləri əsasında hərəkət etməyin rasional olacağını bildirib. Rusiya lideri vurğulayıb ki, o, ABŞ-nin hazırkı düzxətli siyasətinə rəğbət bəsləyir.
Putin qeyd edib ki, Rusiya və ABŞ arasında çoxlu fikir ayrılıqları var və onların bir çox məsələlərdə baxışları fərqlidir. Bu da böyük dövlətlər üçün tamamilə təbiidir.
#Vladimir Putin teqi istifadə olunub
- Qazaxıstan Prezidentinin ABŞ və Rusiya səfərləri nələri dəyişəcək?
- Əhmədlidə torpaq sürüşməsi | Tokayev niyə Kremlə getdi? | Polşadan müraciət | YENİ BİR SƏHƏR
- Kremldə baş tutan görüşdə Lavrovun yerini Mixail Qaluzin tutub
- Putin və Tramp danışıqları yenidən gündəmdə | Moskvadan mesaj
- 73 yaşlı Putinin əllərində şiş və göyərmə | Rusiya liderinin yeni görüntüləri gündəm oldu
