ABŞ onlara qarşı quru əməliyyatlarına başlayacaq?
Venesuela Prezidenti Nikolas Maduronun ölkəsinin istənilən xarici təhdidə qarşı özünü müdafiə etməyə hazır olduğunu bildirməsindən bir neçə saat sonra Tramp quru əməliyyatlarına hazır olduqlarını açıqlayıb.
"Hamınız Amerika üçün dayaqsınız və siz əslində, Amerikanın hava qüdrətinin əsas dayağısınız. Son həftələrdə isə venesuelalı narkotik qaçaqmalçılarının qarşısını almağa çalışırsınız. Onların ABŞ-yə göndərdikləri zəhərlər hər il yüzminlərlə insanı öldürür. Amma biz bu vəziyyəti həll edəcəyik, artıq çox iş görürük. Dəniz yolu ilə gələnlərin, demək olar ki, qarşısını almışıq, onların təxminən 85%-i dayandırılıb. Yəqin, bunu sezmisiniz ki, artıq dəniz yolu ilə göndərmək istəmirlər və biz tezliklə onları quru yolu ilə də dayandırmağa başlayacağıq. Quru yolu daha asandır və bu çox yaxın vaxtlarda başlayacaq. Biz onları xəbərdar edirik: ölkəmizə zəhər göndərməyi dayandırın", – deyə o bildirib.
Tramp əlavə edib ki, administrasiyası yeni "B-2 Spirit" gizli strateji bombardmançıları sifariş edib.
"B-2"nin dizaynında istifadə edilən gizli texnologiya sayəsində 2025-ci ilin yayında İrana qarşı əməliyyat uğurlu olub. Mən o pilotlara, mexaniklərə, həmin bombardmançılara xidmət edən və işləyən bütün insanlara təşəkkür etmək istəyirəm", – deyə Ağ Ev lideri bildirib.
#Nikolas Maduro teqi istifadə olunub
- Pentaqonun mətbuat katibi Maduronun mümkün istefasından danışdı
- Venesuela Prezidenti sanksiyaların ləğvini istəyir
- Venesuela Prezidentinin tərəfdarları Ağ Ev ilə əlaqə saxlayıblar?
- Maduronun hakimiyyətdə qalması Venesuelada vəziyyəti gərginləşdirir | Trampdan hədə dolu çıxış
- ABŞ-Venesuela müharibəsi başlayır? | Maduro üçün çətin vəziyyət - CANLI
