Ballistik raketlər şəhərləri alt-üst etdi | Rusiya-Ukrayna arasında şiddətli savaş
İyulun 25-dən 26-na keçən gecə və səhər saatlarında Rusiya Silahlı Qüvvələri dron, raket və PUA ilə Ukraynanın bir neçə şəhərini kütləvi atəşə tutub. Dneprə edilən hücum səbəbindən 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Raketlərin düşməsi nəticəsində yaşayış evlərində və iaşə obyektlərində yanğınlar baş verib.
Bu barədə Dnepropetrovsk vilayətinin qubernatoru Sergey Lısak məlumat verib.
Xarkov meri İqor Terexov sosial şəbəkələrdə paylaşım edərək bildirib ki, Xarkova idarəolunan aviasiya bombaları, ballistik raketlər və dronlarla edilən hücum nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan 3-ü xilasedicidir.
Xerson və Donetsk Regional Dövlət Administrasiyasının açıqlamasında vurğulanıb ki, sutka ərzində 3 nəfər həlak olub, 21 nəfər yaralanıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından isə bildirilib ki, son sutka ərzində Rusiyanın 1080 hərbi qulluqçusu və 7 tankı məhv edilib.
Rusiya Müdafiə Nazirliyindən qeyd olunub ki, gecə Hava Hücumundan Müdafiə qüvvələri Ukraynaya məxsus təyyarə tipli 54 PUA-nı məhv edib.
#Rusiya Silahlı Qüvvələri teqi istifadə olunub
- Müharibə Ukraynanın xeyrinə dəyişir? - Bu ərazilərdə gərgin əməliyyat keçirildi - Baku TV
- Xüsusi təyinatlılar Rusiyaya qarşı təcili hərəkətə keçdilər
- Gerasimovun müharibə ilə bağlı hesabatında şübhəli faktlar
- Rusiya Ordusu irəlilədi! | Pokrovsk uğrunda döyüşlər qızışdı, itkilərin sayı...
- Rusiyanın Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib
